Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 54 dəfə

İranda yoluxanların sayında azalma müşahidə edilib

Paylaş

Aprelin 27-də İranda ilk dəfə olaraq koronavirusa yoluxanların sayı 1000 nəfərdən aşağı olub.

Bu sözləri İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur bildirib. O qeyd edib ki, martın 21-dən başlayan yoluxmanın pik nöqtəsi artıq arxada qalıb. Bunu ölənlərin və yoluxanların sayının tədricən azalması deməyə əsas verir.

Onun sözlərinə görə son 24 saat ərzində İranda virusa 991 nəfər yoluxub və ümumi yoluxanların sayı 91,5 nəfərə çatıb. Gün ərzində 96 nəfər həyatını itirib və ümumilikdə ölənlərin sayə 5 min 806-ya çatıb.

Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alan 70 933 nəfər sağalaraq evə buraxılıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az