Bu Gün Hava: 11°ABŞ dolları1.7 AZNAvro1.8941 AZN
Oxunub: 27 dəfə

İstanbulda qəzaya düşən təyyarənin köməkçi pilotunun ilkin ifadəsi alınıb

Paylaş

İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş təyyarə qəzası ilə əlaqədar köməkçi pilotun ilkin ifadəsi alınıb.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, pilot hadisə baş verən gün mərkəzdən eniş üçün icazə verilmədiyi barədə heç bir təlimat almadıqlarını bildirib. O, təyyarənin uçuş-enmə zolağına endikdən sonra sürüşməyə başladığını qeyd edib.

Xatırladaq ki, fevralın 5-də İstanbulun Sabiha Gökçən hava limanında İzmir-İstanbul aviareysini yerinə yetirən təyyarə eniş edərkən uçuş-enmə zolağından çıxaraq üç hissəyə parçalanıb. Hadisə zamanı üç nəfər həlak olub.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az