Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 58 dəfə

Koronavirusun Litvaya da çatacagı mümkündür

Paylaş

Koronavirus artıq Avropa İttifaqının (Aİ) sərhədlərini aşıb, buna görə virusdan qorunma məqsədilə ehtiyat tədbirlərinin genişləndirilməsi istisna olunmur.

Arx.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri Litvanın Səhiyyə naziri Aureliyus Veriqa söyləyib.

“Hamımıza məlumdur ki, nəqliyyat yollarının və vasitələrinin sayı çoxdur. Litva Şengen ölkəsidir və bura gəlmək yolları təkcə hava limanları, gəmilər vasitəsilə deyil, həmçinin avtomobil yolları ilə də mümkündür. Buna görə də virusun Litvaya çatmaq ehtimalı tamamilə gerçəkdir. Biz bununla bağlı hazırlıq görürük, müşahidə aparırıq. Hələlik monitorinqlər hava limanlarında həyata keçirilir, lakin bu tədbirlərin genişləndirilməsi istisna olunmur”, – deyə Aureliyus Veriqa bildirib.

Bu günədək dünyada koronavirusdan ölənlərin sayı artıq 1380-i keçib, virusa yoluxanların sayı isə 63 mindən çoxdur.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az