Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 57 dəfə

Litvanın Baş Naziri Çinə humanitar yardım göstərməyə hazır olduqlarını söyləyib

Paylaş

Litvanın Baş Naziri Saulyus Skvernyalis ölkəsinin Çinə humanitar yardım göstərməyə və koronovirus epidemiyasının yayılmasının qarşısını almaq üçün bu onun təsisatları ilə daha sıx əməkdaşlıq etməyə hazır olduğunu söyləyib.

Arx.az xarici KİV-lərə istinadla xəbər verir ki, Baş Nazirin bu dəstəyi Çin hökumətinin başçısı Li Ketsyana göndərdiyi məktubda ifadə olunub.

Qeyd edək ki, indiyədək Litvada bu virusa yoluxma halı qeydə alınmayıb. Litva Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Çinə getməməyi tövsiyə edib.

Ölkənin hər üç hava limanında Milli İctimai Səhiyyə Mərkəzinin mütəxəssisləri növbə çəkirlər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az