Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0006 AZN
Oxunub: 44 dəfə

Livanın ikinci böyük şəhəri Tripolidə igtişaşlar başlayıb

Paylaş

Livanın ikinci böyük şəhəri Tripolidə ölkənin milli valyutasının kəskin şəkildə dəyərdən düşməsi və ərzaq mallarının bahalaşmasına etiraz edən qrupda olan bir gəncin polis tərəfindən öldürülməsi iğtişaşlara səbəb olub.

Arx.az xarici KİV-lərə istinadla xəbər verir ki, 27 yaşlı gəncin dəfn mərasimində iştirak edən yüzlərlə insan şəhərin mərkəzinə toplaşıb. Onlar Molotov kokteyli ataraq bankları yandırıblar. İğtişaşın qarşısını almaq məqsədilə insidentin baş verdiyi əraziyə hərbi texnika cəlb edilib. Bir çox insanın yaralandığı və onlarla etirazçının həbs edildiyi bildirilir.

Livanın rəsmi Milli Xəbər Agentliyinin məlumatına görə, Tripolidə bir nəfər ölüb və 30 yaralı var. Paytaxt Beyrutda baş verən iğtişaşlar zamanı bankomatlar və bank şöbələri yandırılıb.

Livan Silahlı Qüvvələrinin komandanlığı qətlə yetirilmiş gəncin ailəsinə başsağlığı verib və insidentlə bağlı istintaq aparıldığını bəyan edib. Komandanlıq bildirib ki, ölkənin digər şəhərlərində də baş verən iğtişaşlar zamanı əsgərlərə daş və Molotov kokteyli atılıb, 54 hərbçi yaralanıb.

Qeyd olunub ki, son bir həftə ərzində Livan funtu ABŞ dollarına nisbətdə 40 faiz ucuzlaşıb, 2 “qara bazar”da isə 1 dolların məzənnəsi 1,500 funtdan 4,300 funta qalxıb. Bazar ertəsi Livan Mərkəzi Bankı dollar satışını dayandırıb. Eyni zamanda, ötən ildən bəri davam edən işsizlik və yoxsulluğun artması bu ölkəni sosial partlayış həddinə çatdırıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az