Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro1.9854 AZN
Oxunub: 54 dəfə

Misir və Əlcəzair məhdudiyyətləri azaldır

Paylaş

Şimali Afrikanın iki ölkəsi – Misirdə və Əlcəzairdə koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, karantin rejimi ilə bağlı məhdudiyyətlər azaldılır. Belə ki, mağazaların açılması və istehsal müəssisələrinin fəaliyyətinin bərpa edilməsi istiqamətində ilk addımlar atılır.

Misirdə son sutka ərzində COVID-19 virusundan 21 nəfərin öldüyü, daha 226 yoluxma halının qeydə alındığı bildirilir. Bu ölkədə indiyədək koronavirusa 5268 yoluxma və bu xəstəlikdən 380 ölüm halı qeydə alınıb. Bununla belə, karantin rejimi axşam saat 21:00-dən başlayır, mağazalar və marketlər də bu vaxtadək əhaliyə xidmət göstərir. Əvvəllər cümə və bazar günləri bağlı olan marketlər də artıq istirahət günlərində açıqdır.

Mağaza sahibləri karantin rejimi ilə əlaqədar əhalinin alıcılıq qabiliyyətinin xeyli azaldığını bildirirlər, lakin onlar vəziyyətin tədricən normal məcraya qayıdacağına ümid edirlər. Hökumət ölkədə iqtisadi fəaliyyətin bərpa edilməsi və işsizlik səviyyəsinin azaldılmasını prioritet məsələ kimi qarşıya qoyub. Nazirlər Kabinetinin mətbuat katibi Nadir Səid bildirib ki, qarşıdakı ayda pandemiyaya qarşı mübarizə tədbirləri ilə yanaşı, əhalinin məşğulluğunun artırılması da diqqət mərkəzində olacaq.

Əlcəzairdə karantin rejimi mayın 14-dək uzadılsa da, bu ölkədə mağazaların və iri ticarət obyektlərinin fəaliyyəti bərpa olunur. İndiyədək 3517 nəfərin koronavirusa yoluxduğu və 432 ölüm faktının qeydə alındığı bu Şimali Afrika ölkəsində işsiz qalmış dövlət məmurlarının maaşları ödənilir. Lakin kiçik sahibkarlar, o cümlədən mağaza sahiblərinin dolanışığını təmin etmək məqsədilə dükanlar və restoranlar açılıb.

Ölkənin paytaxtında açıq olan mağaza və marketlərin girişində alıcılar məcburi qaydada dezinfeksiya edilir. Hökumət əhalinin sosial vəziyyətinin daha da pisləşməsinin qarşısını almaq üçün qarşıdakı aylarda iqtisadi fəallığı artırmaq niyyətindədir. Eyni zamanda, regionda koronavirusdan ən yüksək ölüm hallarının qeydə alındığı Əlcəzairdə pandemiya əleyhinə tədbirlər də həyata keçirilir.

Paylaş

1 thought on “Misir və Əlcəzair məhdudiyyətləri azaldır

  1. Geri izləmə: blackhatlinks

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az