Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 46 dəfə

Misirdə 2017-ci ildə elan edilmiş fövqəladə vəziyyət uzadılıb

Paylaş

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkədə 2017-ci ildə elan edilmiş fövqəladə vəziyyət rejiminin daha üç ay uzadılması barədə sərəncam imzalayıb.

Arx.az xarici KİV-lərə istinadla xəbər verir ki, sənəd bazar ertəsi günü rəsmi qəzetdə dərc olunub.

Misirdə fövqəladə vəziyyət 2017-ci ilin aprelində – terrorçuların iki kilsəyə hücumu nəticəsində onlarla insanın ölməsindən sonra tətbiq edilib. Misir Konstitusiyasına əsasən, bu rejim hər üç aydan bir uzadılır.

Ötən həftə ölkə parlamenti koronavirus pandemiyası ilə mübarizə sahəsində də Prezidentə əlavə səlahiyyətlər verib.

Sərəncama əsasən, Misir Silahlı Qüvvələrinə və Daxili İşlər Nazirliyinə terrorçularla mübarizə və ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində xüsusi səlahiyyətlər verilir.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az