Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 180 dəfə

Özbəkistanda koronavirusa daha 748 nəfər yoluxub

Paylaş

Son gündə Özbəkistanda COVID-19 koronavirusuna 748 yoluxma halı qeydə alınıb və bu virusa tutulanların sayı 26 min 550 nəfərə çatıb. Yeni yoluxma halları yenə də Özbəkistanın 11 regionunda qeydə alınıb.

Arx.az Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutkada ölkədə virusdan 4 xəstə dünyasını dəyişib və ölənlərin sayı 159 nəfərə çatıb.

Özbəkistan mətbuatının verdiyi məlumata görə, Asiya İnkişaf Bankı koronavirusla mübarizə tədbirləri çərçivəsində ölkəyə 100 milyon dollar həcmində kredit verilməsini təsdiq edib.

Xəstəxanalarda 9 min 127 pasiyent var. Onların 927-nin vəziyyəti ağır, 224-nün isə çox ağır qiymətləndirilir.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az