Bu Gün Hava: 22°ABŞ dolları1.7 AZNAvro1.9044 AZN
Oxunub: 43 dəfə

Pakistanda baş verən təyyarə qəzasının təhqiqatı üzrə xüsusi komissiya yaradılıb

Paylaş

Pakistanın hakimiyyət orqanları Kəraçi aeroportu yaxınlığında baş vermiş təyyarə qəzasını təhqiqi ilə məşğul olacaq xüsusi komissiya yaradıb.

Arx.az “Dunya News” telekanalına istinadla xəbər verir ki, Pakistan Aviasiyasının komandoru Məhəmməd Usman Qaninin rəhbərlilik etdiyi komissiyaya dörd nəfər daxildir. Komissiya yubanmadan Aviasiya Nazirliyinin məruzəsini təqdim edəcək, daha əhatəli məruzə isə bir ay müddətində hazırlanacaq.

Qəza nəticəsində bir neçə yaşayış binası dağılıb. Dağıntılar altından 20 yerli sakin xilas edilib. Sakinlər arasında ölənlərin olub-olmadığı hələlik məlum deyil. Hazırda qəza yerində hərbçilər və xilasedicilər işləyirlər.

Xatırladaq ki, mayın 22-də Pakistan Beynəlxalq Hava Yollarına məxsus “Airbus 320” tipli təyyarə Kəraçi aeroportuna eniş zamanı qəzaya uğrayaraq yaşayış binalarının üzərinə düşüb. Təyyarənin göyərtəsində 91 sərnişin və 8 ekipaj üzvü olub. Sind əyalətinin səhiyyə nazirliyinin mətbuat katibi qəza nəticəsində 66 nəfərin həlak olduğunu bildirib.

Həlak olanların sayı barədə müxtəlif məlumatlar yayılır. “Doon” qəzeti Pakistan hakimiyyət orqanlarına istinadla qəza nəticəsində 80 nəfərin öldüyünü yazıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az