Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 47 dəfə

Qazaxıstanda fövqəladə vəziyyət rejimi uzadılıb

Paylaş

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev əhaliyə müraciətində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan koronavirusla əlaqədar ölkədə tətbiq edilən fövqəladə vəziyyətin müddətinin uzadıldığını bildirib.

Martın 16-dan tətbiq edilən fövqəladə vəziyyət mayın 11-dək uzadılıb.

Prezident ölkədə yaranmış vəziyyəti nəzərə alaraq, Dövlət Komissiyasının və ekspertlərin təklifi əsasında fövqəladə vəziyyət rejiminin bu il mayın 11-dək uzadılması haqqında Fərman imzalayıb. Bildirib ki, bu qərar indiki mürəkkəb vəziyyətdən irəli gəlir. Fərmana əsasən, əgər mayın 11-də epidemiyaya yeni kütləvi yoluxma baş verməzsə, fövqəladə vəziyyət rejimi başa çatacaq.

Qazaxıstanda təhlükəli virusun geniş yayılmasının qarşısını almaq üçün belə çətin, lakin lazımi qərar qəbul etməli olduğunu deyən Prezident Kasım-Jomart Tokayev bildirib: “Vəziyyət hələ də çox ciddidir. Pandemiyanın ikinci dalğası gözlənilir. Qazaxıstanda koronavirusa yoluxma halları hələ də davam edir. Vəziyyətin nəzarətdən çıxması təhlükəsi qalmaqdadır”.

Xatırladaq ki, dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə Qazaxıstanda martın 16-dan aprelin 16-dək fövqəladə vəziyyət tətbiq edilib. Daha sonra bu müddət mayın 1-dək uzadılıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az