Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 46 dəfə

Rusiya və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışıgı olub

Paylaş

Rusiyanın və Türkiyənin Xarici İşlər nazirləri koronavirus pandemiyası ilə mübarizədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Arx.az Rusiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Rusiya və Türkiyə Xarici İşlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli münasibətlərə dair aktual məsələləri, beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət istiqamətlərini də nəzərdən keçiriblər.

Tərəflər koronavirus pandemiyası ilə mübarizədə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Söhbət zamanı Rusiya və Türkiyə vətəndaşlarının qarşılıqlı surətdə vətənə qaytarılması, Suriya münaqişəsinin nizamlanması məsələləri diqqət mərkəzində olub.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az