Bu Gün Hava: 8°ABŞ dolları1.7 AZNAvro1.8427 AZN
Oxunub: 27 dəfə

Rusiyada “Mi-8” helikopteri qəza enişi edib

Paylaş

Rusiyanın Yamal yarımadasında “Mi-8” helikopterinin qəza enişi etməsi nəticəsində iki nəfər ölüb.

Arx.az Rusiya mətbuatına istinadla xəbər verir ki, “Qazpromneft-Geo” şirkətinin əməkdaşlarını Sabetta qəsəbəsinə aparan “Sokol” aviaşirkətinə məxsus helikopter qar burulğanına düşüb.

Helikopterdə 7 sərnişin və 3 nəfər heyət üzvü olub. Həlak olanlar heyət üzvləridir.

Ural Nəqliyyat Prokurorluğu helikopterdəki digər şəxslər barədə məlumatların dəqiqləşdirildiyini açıqlayıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az