Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 53 dəfə

Türkiyədə bir gündə beş minə yaxın xəstə koronovirusdan sagalıb

Paylaş

Türkiyədə yeni növ koronavirus infeksiyasına yoluxma və virusdan ölüm hallarında davamlı olaraq azalma müşahidə olunmaqdadır. Aprelin 27-də ölkə üzrə 20143 nəfər üzərində test aparılıb. Onlardan 2131 nəfər xəstə çıxıb. Gün ərzində 4651 nəfər sağalıb.

Bu barədə son rəqəmləri nazir Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Bildirilir ki, aprelin 27-də 95 nəfər dünyasını dəyişib.

Bu göstərici dünənkindən 4, aprelin 25-i ilə müqayisədə 9 nəfər azdır. Bununla da, ölkə üzrə ölənlərin sayı 2900, sağalanlar isə 33791 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyədə koronavirus infeksiyasına qarşı tədbirlər çərçivəsində növbəti komendant saatı üç gün qüvvədə olacaq. Mayın 1-də qüvvəyə minəcək evdən çıxmaq qadağası mayın 3-ü yerli vaxtla saat 00:00-dək davam edəcək.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az