Bu Gün Hava: 20°ABŞ dolları1.7 AZNAvro1.8927 AZN
Oxunub: 13 dəfə

Türkiyədə koronavirusa yoluxma və ölüm hallarında azalma tempi davam edir

Paylaş

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri nəticəsində gündəlik yoluxma və ölüm hallarında azalma tempi davam edir. Ən son məlumata görə, gündəlik ölüm sayı təxminən beş dəfə aşağı enib.

Arx.az Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, mayın 22-də ölkə üzrə 37 min 507 nəfər testdən keçirilib. Onlardan 952 nəfər xəstə çıxıb. Bildirilir ki, gün ərzində 1121 nəfər sağalıb, 27 nəfər dünyasını dəyişib.

Beləliklə, adıçəkilən infeksiyadan sağalanlar 116 min 111, ölənlərin sayı isə 4 min 276 nəfərə çatıb. Bu vaxtadək 1 milyon 767 min 495 nəfər testdən keçirilib. Hazırda 800 nəfər reanimasiyada, 401 xəstə süni nəfər aparatına qoşulmuş vəziyyətdədir.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az