Bu Gün Hava: 21°ABŞ dolları1.7 AZNAvro1.9044 AZN
Oxunub: 34 dəfə

Türkiyədə növbəti dəfə komendant saatı tətbiq olunub

Paylaş

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı həyata keçirilən tədbirlər çərçivəsində növbəti dəfə komendant saatı tətbiq olunub.

Əvvəlki vaxtlardan fərqli olaraq budəfəki komendant saatı rejimi 31 vilayəti yox, bütün ölkəni əhatə edir. Mayın 23-də yerli vaxtla saat 00.00-dan qüvvəyə minən sosial rejim qaydası dörd gün davam edəcək.

Komendant saatına nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirir.

Qeyd edək ki, görülən tədbirlər nəticəsində Türkiyədə məlum infeksiyaya yoluxma və ölüm halları pik hədd ilə müqayisədə 4-5 dəfə aşağı düşüb. Hökumət koronavirusla bağlı müəyyən edilmiş məhdudiyyətlərin aradan qaldırılmasını mərhələli qaydada həyata keçirir.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az