Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 43 dəfə

Ukraynada koronavirusa tutulanların sayı artıb

Paylaş

Ukraynada Pasxa bayramında əhalinin kütləvi tədbirlərdə iştirakı ölkədə koronavirusa tutulanların sayının artmasına səbəb olub. 

Arx.az ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, Ukraynada son sutkada 456 nəfər koronavirusa yoluxub. Bunlardan 33-ü uşaq, 133-ü tibb işçisidir.

Bununla da Ukraynada koronavirusa tutulanların sayı 9866 nəfərə çatıb. Ölkədə son sutka ərzində 11 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 250 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 1103 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Qeyd edək ki, ölkədə mayın 11-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.

Ukraynada COVID-19-a yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az