Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro1.9854 AZN
Oxunub: 50 dəfə

Yaponiya hökuməti fövqəladə vəziyyət rejimini uzatmaq niyyətindədir

Paylaş

Yaponiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimini daha bir ay uzatmaq niyyətindədir. Hazırda tətbiq olunan fövqəladə vəziyyət rejimi mayın 6-dək davam edəcək.

Arx.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Yaponiyanın Baş Naziri Şinzo Abe parlamentin yuxarı palatasında büdcə komitəsinin iclasında çıxışı zamanı bəyan edib.

Baş Nazir bildirib ki, mayın 6-da fövqəladə vəziyyət rejiminin başa çatdığını elan etmək məsələsi açıq olaraq qalır. Ölkədə koronavirusa yoluxma hallarının hələ də artmaqda davam etdiyini bildirən Ş.Abe bildirib ki, belə perspektiv çox az gözləniləndir.

Yaponiya hökuməti yanında fəaliyyət göstərən fövqəladə şuranın mayın 1-də keçiriləcək iclasında koronavirusun yayılması ilə bağlı ümumi vəziyyətin və müxtəlif regionlarda onun qarşısını almaq istiqamətində səhiyyə orqanlarının fəaliyyətinin müzakirəsi gözlənilir.

Qubernatorların əksəriyyətinin bildirdiyinə görə, fövqəladə vəziyyət rejiminin qismən azaldılması insanların daha fəal hərəkətə keçməsinə səbəb olacaq ki, bu da koronavirusun yayılma təhlükəsini artıra bilər.

Yaponiya prefekturalarının qubernatorları aprelin 29-da keçirdikləri növbəti onlayn iclas zamanı mərkəzi hökumətə fövqəladə vəziyyət rejiminin uzadılması təklifi vermək barədə qərar qəbul ediblər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az