Bu Gün Hava: 7°ABŞ dolları1.7 AZNAvro1.8352 AZN
Oxunub: 12 dəfə

Yaponiyada koronavirusa yoluxan 80 yaşlı qadın ölüb

Paylaş

Fevralın 13-də Yaponiyada yeni koronovirusdan ilk ölüm halı qeydə alınıb.

Arx.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Tokio yaxınlığında yerləşən Kanaqava prefekturasında yeni koronavirusa yoluxan 80 yaşlı qadın ölüb. Bu, Yaponiyada yeni koronavirusla əlaqədar qeydə alınan ilk ölüm faktıdır.

Eyni zamanda, Yaponiyada yeni koronavirusa yoluxanların sayının artmaqda davam edir. Nazirliyin son məlumatına görə, “Diamond Princess” kruiz gəmisində yeni koronavirusa yoluxanların sayı 218 nəfərə çatıb. Yoluxanlar arasında bir heyət üzvü və 29 Yaponiya vətəndaşı var.

Gəmi Tokio yaxınlığındakı Yokohama limanında karantin vəziyyətində saxlanılır.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az