Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 48 dəfə

Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 14325 nəfərə çatıb

Paylaş

Aprelin 27-də Yaponiyada koronavirusa yoluxma ilə əlaqədar daha 172 hal qeydə alınıb və beləliklə bütün ölkə üzrə bu virusa yoluxanların ümumi sayı 14325 nəfərə çatıb.

Arx.az Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə istinadla xəbər verir ki, həmin siyahıya ölkəyə daxil olma məntəqələrində yerləşdirilmiş karantin postlarında testlərdən keçənlər, nazirliyin əməkdaşları, Çinə Yaponiyadan çarter reysi ilə dönənlər daxil ediliblər.

Bununla yanaşı, həmin siyahıda “Diamond Princess” və “Costa Atlantika” kruiz laynerlərində virusa yoluxanlar da var.

Nazirliyin nümayəndələrinin bildirdiyinə görə, son məlumatlara əsasən 304 nəfərin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 407 nəfərin öldüyü, 3554 nəfərin isə sağalaraq xəstəxanaları tərk etdiyi də bildirilir.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az