Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0018 AZN
Oxunub: 67 dəfə

Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 1579 nəfər təşkil edib

Paylaş

Yaponiyada son sutka ərzində koronavirusa yoluxanların ümumi sayı 1579 nəfər təşkil edib ki, bu da ölkə üzrə infeksiyanın rekord miqdarda yayılması deməkdir.

Bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi və yerli administrasiyalar məlumat yayıblar.

Cəmi 463 yoluxma halının qeydə alındığı paytaxt Tokio əvvəlki kimi, yoluxma sayına görə ilk yerdə qərarlaşıb. Bununla yanaşı, Osaka (216), Aiçi (193) və Fukuoka (170) prefekturalarında da artım qeydə alınıb.

Virusa yoluxma səbəbindən həyatını itirənlərin ümumi sayı 1024 nəfərə çatıb. Ümumilikdə ölkə üzrə 25 min 500 nəfərin sağaldığı, 87 nəfərin isə vəziyyətinin çox ağır olduğu bildirilir.

Bildirilir ki, bundan əvvəlki rekord göstərici cəmi bir gün əvvəl qeydə alınıb – 1301 nəfər. Beləliklə, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı ümumilikdə 37 min 100 nəfərə çatıb.

Yaponiya üzrə virusa yoluxma sayının artmaqda davam etməsinə baxmayaraq, hökumət ölkə üzrə fövqəladə vəziyyət rejiminin elan edilməsinə ehtiyac olmadığını bildirib. Buna baxmayaraq, Okinava prefekturası müstəqil olaraq, avqustun 1-dən 15-dək bu regionda fövqəladə vəziyyət elan edib.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az