Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 109 dəfə

Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş videokonfrans təşkil edilib

Paylaş

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə təşkil etdiyi videokonfransda gəncəli alimlər də iştirak ediblər.

Arx.az AMEA-nın Gəncə Bölməsinə istinadla xəbər verir ki, ölkə üzrə 19 qoruq rəhbərinin qatıldığı konfrans Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Baş Mühafizə Fondunun vasitəçiliyi ilə internet üzərindən yayımlanıb.

Konfransda AMEA Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyevanın “Nizami Gəncəvi yaradıcılığının folklor qaynaqları”, Nizami Gəncəvi Mərkəzinin Beynəlxalq Əlaqələr Şöbəsinin böyük elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi Məqbərəsinin bədii təsviri” və Bölmənin etnologiya və etnoqrafiya üzrə dissertantı Nuranə Həsənovanın “Tarixi abidələr xalqın milli sərvətidir” mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən təsis olunan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilən silsilə tədbirlərin insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməsində əhəmiyyəti vurğulanıb.

Çıxış edənlər Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyası məsələlərinə də toxunublar.

Həmçinin Azərbaycan Prezidentinin gündəlik diqqəti və qayğısı sayəsində respublikamızdakı tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görüldüyü vurğulanıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az