Bu Gün Hava: 7°ABŞ dolları1.7 AZNAvro1.8358 AZN
Oxunub: 1. 766 dəfə

“Sillabus tərtibi” mövzusunda təlim keçirilib.

Paylaş

Bakı Dövlət Universitetinin “SABAH” mərkəzində “Sillabus tərtibi” mövzusunda təlim keçirilib.

Arx.az Təhsil Nazirliyinə istinadən bildirir ki, təlimin əsas məqsədi “SABAH” müəllimlərinə sillabusun düzgün tərtibi və istifadə qaydalarını çatdırmaq olub.

Bakı Dövlət Universiteti və UNEC “SABAH” mərkəzlərinin rəhbərləri tərəfindən keçirilən təlimə ali təhsil müəssisələrindən ümumilikdə 40 müəllim cəlb olunub.

Təlim zamanı iştirakçılara sillabusun strukturu, o cümlədən tədris prosesində ondan istifadə qaydaları haqqında məlumat verilib. Sonda təlimi uğurla başa vuran müəllimlərə sertifikat verilib.

Qeyd edək ki, sözügedən təlimlərin 2019-2020-ci tədris ilinin yaz semestrində də keçirilməsi nəzərdə tutulur.

Paylaş

287 thoughts on ““Sillabus tərtibi” mövzusunda təlim keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az