Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 115 dəfə

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda maarifləndirici tədbir keçirilib

Paylaş

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda koronavirus epidemiyası (2019-nCoV) ilə bağlı maarifləndirici tədbir keçirilib.

Arx.az-ın məlumatına görə, İnstitutdan bildirilib ki, tədbirdə elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev və akademiyanın Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov Çindən başlayaraq dünyaya yayılan koronavirusla bağlı cəmiyyətimizdə maarifləndirmə işləri aparılmasının vacibliyini vurğulayıb.

Yasamal Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin Əmək gigiyenası və ətraf mühitin mühafizəsi bölməsinin müdiri, həkim Sevinc Ağalarova və həkim-epidemioloq Kəmalə Cəlilova koronavirus, virusa yoluxmanın ilk simptomları, ondan qorunma yolları barədə məlumat veriblər.

Bildirilib ki, ölkəmizdə bu virusla yoluxma faktı qeydə alınmayıb. Səhiyyə Nazirliyi tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə göstəriş verilib. Bu virusa immunitet sistemi zəif olanların, xüsusilə qocalar və uşaqların yoluxma riski daha çoxdur.

Qeyd edilib ki, virusdan qorunmaq üçün tez-tez əlləri yumaq, bol maye qəbul etmək, gigiyenik qaydalara əməl etmək və immuniteti gücləndirmək vacibdir.

Sonda həkimlər iştirakçıların suallarını cavablandırıb, tövsiyələrini veriblər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az