Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 198 dəfə

Şəmkirdə qardaş-qardaşı güllələdi.

Paylaş

Dünən Şəmkir rayonunun Qarabağlılar kəndi ərazisində bir nəfər odlu silahla açılmış atəşdən xəsarət alıb.

Arx.az xəbər verir ki, bununla bağlı məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, kəndin əkin sahəsində E.Məmmədov münaqişə zəminində tüfəngdən atəş açaraq qardaşı R.Məmmədovun qol nahiyəsinə xəsarət yetirib.

E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi ondan götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az