Bu Gün Hava: 12°ABŞ dolları1.7 AZNAvro1.874 AZN
Oxunub: 32 dəfə

İçərişəhərdə yaşayış binasında partlayış baş verib

Paylaş

Paytaxtın Səbail rayonunda, İçərişəhərdə yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində bir ailənin 4 üzvü yanıq xəsarətləri ilə 5 saylı Şəhər Xəstəxanasının yanıq şöbəsinə aparılıb. Xəstəxanaya yerləşdirilənlərdən 2-sinə ambulator yardım göstərilib və onlar evə buraxılıblar.

Arx.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, digər 2 nəfər stasionar şöbədə müalicə alır və vəziyyətləri stabildir.

Qeyd edək ki, partlayış nəticəsində xəsarət alan 1 nəfərə yerində ambulator yardım göstərilib.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az