Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 75 dəfə

Kürdəmirdə “BMW” markalı avtomobil yanıb

Paylaş

Kürdəmir rayonu ərazisində avtomobil yanıb.

Hadisə gecə saat 01 radələrində Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “BMW” markalı 90 ED 530 nömrə nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən yoldan çıxıb, bir neçə yüz metr torpaq sahə ilə getdikdən sonra alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb.

Hələlik şəxsiyyəti məlum olmayan sürücü avtomobildə yanaraq ölüb.

Cəsəd avtomobildən çıxarılaraq müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az