Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 67 dəfə

Sumqayıtda həkimlər bıçaqlanan şəxsin həyatını xilas etdilər

Paylaş

Sumqayıt şəhər təcili tibbi xəstəxanasının həkimləri iş yoldaşı tərəfindən bıçaqlanan Xəlilov Ramil Oruc oğlunun həyatını xilas ediblər.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, bunu xəstəxananın baş həkimi Rauf Sadıqov bildirib.

O, aprelin 26-da axşam saatlarında xəstəxanaya çatdırılan 37 yaşlı Sumqayıt sakini R.Xəlilovun dərhal əməliyyat olunduğunu qeyd edib. Onun səhhəti ağır stabildir və müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü R.Xəlilov Elxan adlı iş yoldaşı tərəfindən bıçaqlanıb. Ona beşdən çox bıçaq zərbəsi vurulub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az