Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 96 dəfə

Formula 1 rəhbərliyi yürüşün təşkili ilə baglı alternativ vaxt müəyyən edib

Paylaş

Ötən həftə Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula 1 Şanxayda aprelin 17-dən 19-dək keçirilməsi planlaşdırılan Formula 1 yarışlarının koronavirusun yayılması səbəbindən təxirə salınması ilə bağlı birgə qərar qəbul etmişdilər. Formula 1 rəhbərliyi yürüşün təşkili ilə bağlı alternativ vaxt müəyyən edib.

Arx.az xarici KİV-lərə istinadla xəbər verir ki, yarışın Braziliya və Əbu-Dabi mərhələlərinin arasında noyabrın 21-22-də Şanxayda keçirilməsi nəzərdə tutulub. Bunu dünya çempionatında iştirak edən 10 Formula 1 komandasının dəstəkləməsi lazımdır.

Xatırladaq ki, dekabrın 31-də Çinin Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərində koronavirusun yeni növü (2019-nCoV) aşkar edilib. Dünya Səhiyyə Təşkilatı (DST) yeni növ koronavirusla bağlı qlobal fövqəladə vəziyyət elan edib. FIA və Formula 1 komandaların, azarkeşlərin, həmçinin əməkdaşlarının təhlükəsizliyini və sağlamlığını qorumaq üçün bu qərarı qəbul ediblər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az