Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 102 dəfə

Güləş üzrə qadınlardan ibarət yıgmamız Minskdə təlim-məşq toplanışını davam etdirir

Paylaş

Qadınlardan ibarət güləş yığmamız Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışını davam etdirir.

Martın 4-dən start götürən hazırlıq prosesində baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında milli üzvlərindən Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova, Tatyana Omelçenko, Elis Manolova (hamısı 62 kq) və Gözəl Zutova (76 kq) iştirak edir.

Yerli komanda ilə birgə keçirilən məşqlər martın 18-dək davam edəcək. Hazırlıq prosesi Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Xatırladaq ki, yarışda millimiz 53, 57, 62, 68 və 76 kiloqram çəki dərəcələrində Olimpiadaya lisenziya qazanmağa çalışacaq. Qadın güləşçilər martın 20-21-də mübarizə aparacaq.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az