Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 71 dəfə

Məşhur amerikalı boksçu rinqə qayıtmaq istəyir

Paylaş

Boks üzrə ağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Tayson xeyriyyə məqsədli döyüşlər üçün rinqə qayıtmaq istədiyini bildirib.

Arx.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə 53 yaşlı boksçu özü məlumat verib. Amerikalı boksçu karyerası ərzində 58 döyüş keçirib, onların 50-də qələbə (44-ü nokautla) qazanıb, 6-dan məğlubla ayrılıb.

O, evsizlərə və narkomaniyadan əziyyət çəkən insanlara kömək etmək məqsədilə pul qazanmaq üçün idmana qayıtmaq niyyətində olduğunu vurğulayıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az