Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 178 dəfə

Rusiyada yaşayan azərbaycanlı mötəbər idman yarışının qalibi oldu

Paylaş

13 dekabr 2019-cu il tarixdə Rusiya Federasiyası Yekaterinburq şəhərində “Ordu əlbəyaxa döyüş” növü üzrə gənclər arasında keçirilən yarışda, 70 kq çəki kateqoriyasında həmyerlimiz İlqar Vüqar oğlu Dadaşov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. 

Arx.az xəbər verir ki, bu barədə Analoq.az-a idmançının atası hüquqşunas Vüqar Dadaşov məlumat verib.

Qeyd edək ki, bu yarış Rusiya rəsmi dövlət orqanlarının və nüfuzlu xüsusi hərbi “ALFA”, “VIMPEL”, VİTYAZ” kimi təşkilatların patronajı altında keçən yarışdır və qaliblər həmin təşkilatlarda xidmətə alınırlar.

Dadaşov İlqar 06.07.2001-ci tarixdə Yekaterinburqda anadan olub. Rusiya vətəndaşıdır, hal-hazırda VSAKK-nin 1-ci kurs tələbəsidir.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az