Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 107 dəfə

“Trabzonspor” “Ərzurumspor”la qarşılaşıb

Paylaş

Fevralın 13-də futbol üzrə Türkiyə kuboku yarışlarının dörddəbir final mərhələsinin sonuncu cavab qarşılaşmaları keçirilib.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, “Trabzonspor” səfərdə ikinci liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıb. Birinci oyunda 5 cavabsız qolla qalib gələn trabzonlular bu dəfə rəqibini 4:1 hesabı ilə üstələyərək yarımfinala yüksəlib. Qaradəniz təmsilçisi yarımfinalda “Fənərbağça” ilə qarşılaşacaq.

Ölkə kubokunun dörddəbir final mərhələsinin son oyunda “Antalyaspor” səfərdə “Sivasspor”un qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb. Birinci matç qolsuz bərabərliklə yekunlaşdığından “Antalyaspor” səfərdə vurduğu qol hesabına yarımfinala yüksəlib. Antalya təmsilçisi yarımfinalda “Alanyaspor”la qarşılaşacaq.

Türkiyə kubokunun yarımfinal matçları martın əvvəlində keçiriləcək.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az