Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 100 dəfə

Vinq çun üzrə ikinci açıq paytaxt çempionatı keçiriləcək

Paylaş

Martın 7-8-də Bakı Biznes Universitetinin idman zalında vinq çun üzrə ikinci açıq paytaxt çempionatı keçiriləcək. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının birgə təşkil edəcəyi çempionatda uşaq, yeniyetmələr, gənclər və kişilər qüvvələrini sınayacaqlar.

Arx.az Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasına istinadla xəbər verir ki, yarış Dünya Vinq Çun Birliyinin qaydalarına əsasən iki kateqoriya – vinq çun-kontakt və vinq çun-taolu üzrə keçiriləcək.

Yarışda federasiyanın paytaxtda fəaliyyət göstərən 16 filial və klubunun üzvləri, eləcə də federasiya ilə əməkdaşlıq edən digər klublardan 200-dək idmançı mübarizə aparacaq.

İlk üç yeri tutacaq idmançılar mayın 1-2-də keçiriləcək respublika çempionatında iştirak edəcəklər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az