Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 99 dəfə

“Azəriqaz” qeyri-iş günlərində fəaliyyətini davam etdirir

Paylaş

“Azəriqaz” İstehsalat Birliyi Novruz bayramındakı qeyri-iş günlərində tam iş günü rejimində fəaliyyətini davam etdirir.

İstehsalat Birliyindən verilən məlumata görə, martın 15-dən 19-dək Heydər Əliyev prospektində yerləşən 5 saylı “ASAN xidmət” mərkəzində bir pəncərədə göstərilən xidmətlər 2 gündür ki, dayandırılıb.

Müştəri xidmətləri yalnız Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrində, Gəncə, Şəmkir, Tərtər, Zaqatala, Ağsu, Lənkəran, Xaçmaz, Salyan Regional qaz istismar İdarələri, Bakı Regional qaz istismar Departamenti və Sumqayıt qaz istismar Sahəsində həyata keçirilir. Bundan başqa Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında da abonentlərə eyni xidmətlər təqdim olunur.

Qarşıdakı 8 gün ərzində vətəndaşlara itirilmiş və ya zədələnmiş smart kartların bərpası, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi, koda düşmüş kartların bərpası və digər zəruri xidmətlər göstəriləcək.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az