Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 102 dəfə

“Hazır məhsul anbarı” binasının inşası tamamlanıb

Paylaş

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “ASK Şüşə” MMC-də istehsal prosesinin artırılması istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində zavodun ərazisində inşasına başlanılmış “Hazır məhsul anbarı” binasının tikinti işləri tamamlanıb.

Arx.az ASC-yə istinadla xəbər verir ki, ümumi sahəsi 7855,46 kvadratmetr təşkil edən anbar şüşə taranın çeşidindən asılı olaraq 12-15 milyon ədəd şüşə tara saxlama imkanına malikdir.

Yüksək texnologiyalı bütün kommunikasiya xətləri, ən müasir havalandırma, yanğından mühafizə sistemləri və digər zəruri avadanlıqlarla təchiz edilən “Hazır məhsul anbarı”nda müasir videomüşahidə sistemi də quraşdırılıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az