Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0018 AZN
Oxunub: 66 dəfə

İqtisadiyyat Nazirliyi aztəminatlı ailələrdən olan şagirdlərə bayram payı göndərib

Paylaş

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə iyulun 31-də Qurban bayramı münasibətilə valideyn himayəsindən məhrum olmuş internat məktəblərindən və aztəminatlı ailələrdən olan şagirdlər üçün bayram payı aparılıb.

Arx.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar bir çox internat məktəblərinin şagirdləri bu bayramı yaxınlarının əhatəsində keçirir.

Bunu nəzərə alaraq, əsas gündəlik ərzaq məhsullarından ibarət bayram sovqatı internat məktəbinin həyətində açıq havada sosial məsafə gözlənilməklə şagirdlərin ailə üzvlərinə təqdim edilib.

İqtisadiyyat Nazirliyi sosial məsuliyyət strategiyası çərçivəsində təşəbbüslərin dəstəklənməsinə daim diqqətlə yanaşır və sosial layihələrin həyata keçirilməsində fəal tərəfdaş kimi iştirak edir. Bu tədbir də sosial layihələrdən biri olmaqla valideyn himayəsindən məhrum olmuş və qayğıya daha çox ehtiyac duyan məktəblilərə mənəvi dəstək olmaq məqsədi daşıyır.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az