Bu Gün Hava: 22°ABŞ dolları1.7 AZNAvro1.9044 AZN
Oxunub: 31 dəfə

Moldovanın Baş Naziri İon Kiku Qüdsi Osmanovla görüşüb

Paylaş

Moldovanın Baş Naziri İon Kiku Azərbaycan Respublikasının bu ölkədəki səfiri Qüdsi Osmanovla görüşüb.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, İ.Kiku ikitərəfli münasibətlərin dinamikasından danışaraq, 2019-cu ilin sonunda Azərbaycanın Baş Naziri Əli Əsədovla keçirdiyi müzakirələri yüksək dəyərləndirib.

Hökumət başçısı Moldovanın iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafı üzrə niyyətini təsdiqləyərək deyib: “Biz azərbaycanlı investorlara Moldovada ən yaxşı şərtlər təklif etməyə hazırıq. Biz yeni iş yerləri, həmçinin rəqabətqabiliyyətli xidmətlər və məhsullar yaradacaq işgüzar niyyətləri fəal şəkildə dəstəkləyəcəyik”.

Səfir Q.Osmanov ölkəsinin qarşılıqlı faydalı əməkdaşlığı barədə niyyətini ifadə edib.

Görüşdə hər iki ölkənin sahibkarları üçün kommunikasiya platforması qismində forumun keçirilməsi, enerji və nəqliyyat sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az