Bu Gün Hava: 12°ABŞ dolları1.7 AZNAvro1.874 AZN
Oxunub: 24 dəfə

“Qanlı göl” adlanan ərazidə agac qaz xəttinin üzərinə aşıb

Paylaş

“Azəriqaz” İstehsalat Birliyi güclü küləyin fəsadlarını açıqlayıb.

Arx.az Birliyə istinadla xəbər verir ki, fevralın 6-da gecə saatlarında əsən güclü külək Yasamal rayonu, “Qanlı göl” adlanan ərazidə yerləşən yeni yaşayış massivində ağacı 76 millimetr diametrində olan qaz xəttinin üzərinə aşırıb. Qaz sızmasının qarşısı alınıb. Bərpa işləri aparılır.

Sabunçu rayonundakı Savalan yaşayış massivində, “David” marketin yaxınlığında vətəndaşa məxsus həyətyanı sahənin hasarının uçması nəticəsində 50 millimetr diametrində siyirtmə qırılıb. Müvəqqəti olaraq 50 abonentin qaz təchizatı dayandırılıb.

Xətai rayonu, Mehmandarov küçəsində, hazırda fəaliyyət göstərməyən çörək sexinə məxsus qaz xəttinin üzərinə ağac aşıb. Kəmər birləşmə yerindən qopub.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az