Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 12 dəfə

“SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 35-ə çatıb

Paylaş

Sentyabrın 14-də Salyan şəhəri, Bakı-Astara yolunun 119-cu kilometrində “SOCAR” brendi ilə yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib. Bununla da ümumilikdə respublikada “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 35-ə çatıb.

Arx.az xəbər verir ki, “SOCAR Petroleum” QSC-dən verilən məlumata görə, cənub bölgəsindən Bakı istiqamətinə və Salyan rayonundan cənub bölgəsinə gedən istiqamətlərdə hərəkət edən avtonəqliyyat vasitəsi sahibləri üçün bu YDM daha əlverişlidir.

Yeni istifadəyə verilmiş məntəqədə 6 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Yanacaqdoldurma məntəqəsində “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Qeyd edək ki, “SOCAR Petroleum” QSC-nin 35 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə sıxılmış təbii qaz (CNG) terminalı və CNG şəbəkəsi olan QSC ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir.

“SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər var.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az