Bu Gün Hava: 20°ABŞ dolları1.7 AZNAvro1.8927 AZN

İranda sutka ərzində koronavirusa 1806 nəfər yoluxub

Son 24 saat ərzində İranda koronavirusa 1806 yoluxma halı aşkar edilib, 51 nəfər isə ölüb.

Bu barədə İranın Səhiyyə Nazirliyi məlumat verib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 120 min 198 nəfərə, ölənlərin sayı isə 6 min 988 çatıb.

Nazirliyin açıqlamasında qeyd olunur ki, intensiv terapiya şöbəsində yatan 2 min 705 nəfərin vəziyyəti ağırdır.

Xüsusi rejimli xəstəxanalarda müalicə alan 94 min 198 nəfər sağalaraq evə buraxılıb.

top.moy.az