Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 99 dəfə

Mədəniyyət naziri və nazir müavinləri rayonlarda vətəndaş qəbulu keçirəcək

Paylaş

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, fevralın 21-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Masallı rayon Heydər Əliyev Mərkəzində (Masallı şəhəri, Qarabağ küçəsi, 17) Masallı rayonundan olan vətəndaşların qəbulu keçiriləcək.

Arx.az Nazirliyə istinadla xəbər verir ki, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Yardımlı rayon Heydər Əliyev Mərkəzində (Yardımlı şəhəri, Heydər Əliyev prospekti, 173) Yardımlı rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 214) Cəlilabad rayonundan olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli – Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar, həmçinin yuxarıda adları qeyd olunan rayonların mədəniyyət şöbələrinin əməkdaşları ilə əlaqə saxlaya bilərlər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az