Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 86 dəfə

Misirin Turizm Nazirliyi firon Tutanxamonun adından nikbin “müraciət” yayıb

Paylaş

Misirin Turizm və Qədim Abidələr Nazirliyi koronavirusla əlaqədar dünyanın bütün xalqlarına əfsanəvi firon Tutanxamonun adından sosial şəbəkələrdə maraqlı “müraciət” yayıb. Qeyd edək ki, 19 yaşında vəfat etmiş hökmdarın da yoluxucu xəstəlikdən həyatını itirdiyi ehtimal edilir.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, “qızıl firon”un adından yayılan nikbin “müraciət”də deyilir: “Min illərdir mən çox şeylərin şahidi oldum və bir həqiqəti öyrəndim ki, həmişə tufandan sonra günəş parlayır”.

Tutanxamonun adından yayılan mesaj olan plakatda bütün insanlara “evlərinizdə qalın” çağırışı da yazılıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az