Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 60 dəfə

Nəriman Nərimanovun 150 illik yubileyi münasibətilə videoçarx hazırlanıb

Paylaş

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində müstəsna xidmətləri olan Nəriman Nərimanovun anadan olmasının 150 illik yubileyi münasibətilə “Görkəmli ictimai-siyasi xadim, yazıçı və həkim” başlığı altında videoçarx və virtual sərgi hazırlayıb.

Kitabxanadan verilən məlumata görə, videoda Nəriman Nərimanovun uşaqlıq, gənclik və təhsil illəri, ədəbi-publisistik yaradıcılığı və ictimai-siyasi fəaliyyəti, müdrik fikirləri, xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlətin gördüyü işlər, rəsmi sənədlər və fotoqalereya geniş işıqlandırılıb.

Nəriman Nərimanovun əsas qayəsini zamanın vacib məsələlərinə toxunaraq maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən öz əsərləri və haqqında yazılan kitablardan ibarət virtual sərgidə istifadəçilərə 3 dildə (Azərbaycan, türk və rus), 40 adda kitab təqdim olunur.

Tövsiyə olunan hər bir kitabın şəkli, kitab haqqında məlumat, əsərin qısa məzmunu və həmin kitabın yerləşdiyi elektron linklər qeyd olunub. Virtual sərgini tərtib edərkən karantin rejimini nəzərə alaraq ancaq elektron variantı olan tammətinli kitablar seçilib ki, istifadəçilər üçün əlyetərli olsun.

Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirən videoçarx və ədəbi-siyasi irsini əks etdirən virtual sərgi Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasının https://www.instagram.com/c cabbarli resp genc kitabxana/ və https://www.facebook.com/profile.php?id=100011349961279 səhifələrində yerləşdirilərək geniş istifadəçi auditoriyasına təqdim olunub.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az