Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 96 dəfə

“Oriqami” adlı ustad dərsləri keçiriləcək

Paylaş

Fevralın 29-da Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə AXIN-ın üzvləri üçün “Oriqami” adlı ustad dərsləri keçiriləcək.

“Oriqami” Yaponiyada kağızdan hazırlanan fiqurların incəsənətidir. Əsasən kvadratşəkilli kağız parçalarını kəsmədən və yapışdırıcı maddə istifadə etmədən, sadəcə qatlayaraq müxtəlif canlı və cansız fiqurlar düzəldilir.

Dərslər Azərbaycan Dillər Universitetinin yapon dili ixtisası üzrə tələbəsi Mehintac İbrahimova tərəfindən aparılacaq.

İştirak etmək istəyənlər AXIN kart nömrələri ilə birgə tədbirin adını resmqalereya@gmail.comadresinə göndərə bilərlər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az