Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 97 dəfə

Ukrayna və Azərbaycanın opera ustalarının birgə iştirakı ilə “Sevilya bərbəri” operası nümayiş olunacaq

Paylaş

Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ukrayna və Azərbaycanın opera ustalarının birgə iştirakı ilə Coakkino Rossininin “Sevilya bərbəri” operası nümayiş olunacaq.

Arx.az Teatrın mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi səhnə əsərində iştirak etmək üçün Lvov Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Şulyakı (Almaviva rolunu ifa edəcək) və Odessa Milli Akademik Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Boqdan Pançenkonu (Fiqaro partiyasını ifa edəcək) dəvət edib.

Ukraynalı sənətkarlarla yanaşı, operada Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri – respublikanın Əməkdar artistləri İnarə Babayeva (Rozina), Tural Ağasıyev (Fiorello), Xalq artistləri Əli Əsgərov (Don Bazilio), Əkrəm Poladov (doktor Bartolo), gənc solistlər Nina Makarova (Berta) və Mahir Tağızadə (Zabit) çıxış edəcəklər.

Səhnə əsəri teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə ediləcək.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az