Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0006 AZN
Oxunub: 96 dəfə

UNESCO-nun orta müddətli strategiyasının gələcək istiqamətləri müzakirə olunub

Paylaş

Parisdə UNESCO-nun baş qərargahında qurumun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin 13-cü sessiyası başa çatıb.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, sessiyanın son günüdə II Vətəndaş Cəmiyyəti Forumunun nəticələri təqdim olunub. Eyni zamanda, Komitənin gələcək fəaliyyətləri, 2020-2021-ci illər üçün iş planının layihəsi, mümkün mənbələr, könüllülük məsələləri müzakirə edilib.

Sessiyada 2022-2029-cu illər üçün UNESCO-nun orta müddətli strategiyasının gələcək istiqamətləri və 2022-2025-ci illər üçün proqram və büdcə müzakirə olunub.

2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında növbəti 14-cü sessiyanın vaxtı müəyyənləşdirilərək, onun 2021-ci ildə fevralın 2-dən 5-nə qədər qurumun baş qərargahında keçiriləcəyi bildirilib.

Sessiyada 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının bürosunun üzvləri seçilib.

Qeyd edək ki, bu gün Azərbaycan bir il müddətinə 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının bürosunun sədr müavini seçilib.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az