Bu Gün Hava: 7°ABŞ dolları1.7 AZNAvro1.8358 AZN
Oxunub: 271 dəfə

Araz Əlizadənin çıxışına Vüqar Dadaşovdan etiraz.

Paylaş

Tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Ziyalılar Klubunun İH-nin üzvü, Qarabağ Qazisi Vüqar Dadaşov ASDP-nin sədri Araz Əlizadənin ITV-də səsləndirdiyi fikrə qarşı kəskin etirazını bildirmişdir.

Arx.az həmin çıxışı oxucularımıza təqdim edir.

“ASDP-nin sədri Araz Əlizadənin ITV-də səsləndirdiyi fikir əsl həqiqətdə onun çoxdan bəlli olan məqsədlərini və kimliyini bir daha təsdiq etdi. A. Əlizadə bütün dünya tərəfindən qəbul edilmiş tarixi, etnoqrafı, antropoloji, linqvistik elmi faktları təkzib edərək Azərbaycan xalqının milli kimliyini suala altına almağa cəhd etmişdir.

Bununla yanaşı A. Əlizadə Azərbaycan dövlətinin dövlət maraqlarına qarşı çıxış edərək öz sahiblərinə “vəfalı” qalmasını sübuta yetirməyə çalışmışdır. Onun bütün siyasi və ictimai fəaliyyəti ancaq və ancaq Azərbaycan-Türkiyə münasibətlərinin korlanmasına köklənib. Görünən odur ki, A. Əlizadə Azərbaycanı özünün dediyi kimi mənsub olduğu erməni-fars-rus qardaşlığının təsirinə bəlkə də tərkibinə qaytarmaqdır.

Siyasi baxımdan isə A. Əlizadənin İTV-də səsləndirdiyi fikir bütövlükdə Azərbaycan Respublikasının dövlət maraqlarına xəyanətdir və belə dağıdıcı, təxribatçı fikirlərin “söz azadlığı”, “özünü ifadə etmə” kimi demokratik anlayışlara heç bir aidiyyəti yoxdur. ASDP sədrinin fikirləri Azərbaycan Respublikasının müəyyən etdiyi strateji siyasi kursa qarşı çıxmaqla Azərbaycan xalqını məqsəd və hədəfindən yayındırmaqdır.

Torpağımızın 20%-ni işğal edən və hər an müstəqilliyimizin qəsdinə pusquda duran erməni-rus-fars birliyi qarşısında yeganə ümid yerimiz olan can və qan qardaşlarımız türklərə qarşı belə A. Əlizadənin bir fikir səsləndirməyi necə adlandırmaq olar, bu Azərbaycana xəyanət deyilsə bəs nədir?! A. Əlizadənin Azərbaycana hər bir formada dəstək olan Pakistana qarşı təxribatçı fikir söyləyəcəyi ehtimalı da yüksəkdir, bu adamın məqsədi Azərbaycanı beynəlxalq siyasi arenada tənha qoymaq və onunla da Azərbaycanı müstəqilliyinə təhlükə yaratmaqdır.

Azərbaycan dövlət xüsusi orqanları tərəfindən A. Əlizadənin fəaliyyətini nəzarətə götürməli və onun antimilli fəaliyyətinə son qoyulmalıdır.”

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az