Bu Gün Hava: 8°ABŞ dolları1.7 AZNAvro1.8427 AZN
Oxunub: 274 dəfə

Tanınmış hüquqşünas Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilməsini təklif etdi.

Paylaş

Tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Ziyalılar Klubunun İH-nin üzvü, Qarabağ Qazisi Vüqar Dadaşov Korrupsiyaya qarşı səmərəli mübarizənin təşkili edilməsi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilməsinə dair təkliflə Milli Məclisə müraciət edib. Milli Məclisdən alınan cavaba əsasən təkliflər nəzərə alınacaqdır.

Arx.az həmin layihəni oxucularımıza təqdim edir.

“Korrupsiyaya qarşı səmərəli mübarizənin təşkili üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilməsinə dair

TƏKLİF

Ölkəmizdə korrupsiya ilə mübarizənin səmərəli şəkildə aparılması üçün bu sahədə qanun normalarının təkmilləşdirilməsi, eləcə də qanunlara müəyyən dəyişikliklərin edilməsi vacibdir. Əvvəla qeyd edim ki, korrupsiya dövlətin ümumi inkişafını əngələyəm ən böyük maneədir.

Bu maneə dövlətimizin iqtisadi gücünü zəiflədir, xalqımızın sosial rifahını dözülməz həddə çatdırır, təhsilimizi bərbad günə qoyur, səhiyyəmizi yarıtmaz edir, ədalət mühakiməsini əhəmiyyətsiz hala salır və ümumiyyətlə elə bir sahə yoxdur ki, ora mənfi təsir etməsin. Korrupsiya ilk növbədə xalq və dövlət vəhhdətini, xalqın dövlətə inamını və etibarını sarsıdır, bununla da dövlətçiliyimiz təhlükə altına düşür.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının qanunverici orqanı Milli Məclisə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə 20.4-cü maddənin “Dövlət qulluqçusu qulluq keçdiyi dövlət orqanında rəhbər vəzifəsinə 5 ildən artıq müddətə təyin edilə bilməz” əlavə edilməsini “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə 25.12-ci maddənin “Dövlət qulluqçusunun fəaliyyət dövrünün inzibati və cinayət məsuliyyəti müddətsizdir” əlavə edilməsini “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinə 11.3-cü maddənin “Korrupsiya hüquqpozmalarına görə fiziki və ya hüquqi şəxslərin məsuliyyətə cəlb edilmə müddəti müddətsizdir” əlavə edilməsini, “12.2. İşə məhkəmədə baxılana qədər iddianın təmin edilməsi üçün məhkəmə tərəfindən cavabdehin əmlakı barədə mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülə bilər” sözlərinin “12.2. İşə məhkəmədə baxılana qədər iddianın təmin edilməsi üçün məhkəmə tərəfindən cavabdehin və onun ailə üzvlərinin əmlakı barədə mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülə bilər” sözləri ilə əvəz edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə 75.6-cı maddənin “müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə korrupsiya ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308, 309, 310, 311, 312, 314-cü maddələrində nəzərdə tutulmuş qanun pozuntulara şamil edilmir” əlavə edilməsini təklif edirəm.”

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az