Bu Gün Hava: 20°ABŞ dolları1.7 AZNAvro1.8927 AZN

Neftçalalı pambıqçılar çiyid səpinini başa çatdırıblar

Neftçalada çiyid səpini başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari ildə Neftçalada 5 min hektardan çox sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdu. İstehsal müəssisələri ilə müqavilə bağlayan “ağ qızıl” ustaları qısa müddətdə 5 min 983 hektar sahədə səpin keçiriblər ki, bu da ötən ildəkindən 851 hektar çoxdur.

İlkin mərhələdə səpin aparılmış Xol zonasının 3710 hektarında yaxşı bitiş alınıb.

Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar 5 min 78 hektar pambıq sahəsindən 16 m 74,4 ton məhsul toplayıblar.

top.moy.az