Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 12 dəfə

Agdamda 436 hektar sahədə təkrar əkin aparılıb

Paylaş

Ağdam rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər. Rayonda məhsul yığımı ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir.

Arx.az xəbər verir ki, Rayon statistika idarəsindən verilən məlumata görə, fermerlər 436 hektar sahədə təkrar əkin aparıblar. Təkrar əkinlərin 360 hektarı qarğıdalı, 21 hektarı yem üçün sorqo, 26 hektarı darı, 29 hektarı müxtəlif növ tərəvəz bitkiləridir.

Bundan başqa Ağdam rayonunda payızlıq yem bitkiləri və dənlilərin səpilməsi üçün 9620 hektarda şum qaldırılıb, 262 hektarda xəsil əkilib. Hazırda rayonda məhsul yığımı, bəzi kənd təsərrüfatı bitkilərinin becərilməsi, pambıq yığımına və növbəti təsərrüfat ilinə hazırlıq işləri davam etdirilir.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az